“Transfermarkt” internet-portalı özünün “Telegram” kanalında 2024-cü ilin ən bahalı qış transferlərinin ilk onluğunu təqdim edib.
Arena.az məlumat verir ki, siyahının 1-ci pilləsində “Atletiko Paranaense”dən braziliyalı mərkəz hücumçu Vitor Rokenin 40 milyon avro müqabilində “Barselona”ya transferi yer alıb.
2-ci pillədə “Qalatasaray”dan fransalı sağ cinah müdafiəçisi Saşa Boenin “Bayern”ə 30 milyon avro müqabilində transferi, 3-cü pillədə isə “Cenoa”dan rumın mərkəz müdafiəçisi Radu Draquşinin “Tottenhem”ə 25 milyon avro müqabilində transferi yer alıb.
2024-cü ilin ən bahalı qış transferlərinin ilk onluğunu diqqətinizə çatdırırıq:
- Vitor Roke (“Atletiko Paranaense”dən “Barselona”ya, 40 milyon avro);
- Saşa Boe (“Qalatasaray”dan “Bayern”, 30 milyon avro);
- Radu Draquşin (“Cenoa”dan “Tottenhem”ə, 25 milyon avro);
- Elif Elmas (“Napoli”dən “Leypsiq”ə, 24 milyon avro);
- Renan Lodi (“Olimpik”dən (Marsel) “Əl-Hilal”a, 23 milyon avro);
- Adam Uorton (“Bləkbörn”dən “Kristal Pelas”a, 21,1 milyon avro);
- Qabriel Moskardo (“Korintians”dan PSJ-yə, 20 milyon avro);
- Lukas Beraldo (“San-Paulu”dan PSJ-yə, 20 milyon avro);
- Artur Vermeren (“Antverpen”dən “Atletiko”ya (Madrid), 18 milyon avro);
- Markos Leonardo (“Santos”dan “Benfika”ya, 18 milyon avro).


