Fevralın 12-dən 20-nə qədər Bolqarıstanın paytaxtı Sofiyada ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edəcəklər.
43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan millisi 9 atletlə mübarizə aparacaq.
Ağırlıqqaldırmaq yığmamızın heyətində bu atletlər yer alıblar:
Qadın: Nazilə İsmayılova (45 kq)
Kişilər: İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi – 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi – 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).


