A Seriyası: “Bolonya” “Fiorentina”ya da qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 21-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması “Bolonya” və “Fiorentina” komandaları arasında baş tutub.

Son turlarda o qədər də uğurlu təsir bağışlamayan Florensiya təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb. Belə ki, “Bolonya” hər hissədə bir qol vurmaqla doğma meydanda inamlı qələbəyə sevinib. Bu, sözügedən komandanın ardıcıl üçüncü qələbəsidir.

Bu nəticədən sonra “Bolonya” 42 xalla 5-ci pillədə qərarlaşıb. “Fiorentina” isə 37 xalla 8-cidir.

İtaliya, A Seriyası
21-ci turun oyunu
14 fevral

Bolonya – Fiorentina 2:0
Qollar: Orsolini, 12. Odqard, 90+5.

Xəbəri sosial şəbəkələrdə paylaş: