A Seriyası: “Torino” 2, “İnter” 4 qolla qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Torino” doğma meydanda qarşılaşdığı “Leççe”ni 2 cavabsız qolla məğlub edib.

Lider “İnter” isə autsayder “Salernitana”ya evdə 4 cavabsız qolla qalib gəlib.

25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
25-ci tur
16 fevral

Torino – Leççe 2:0
Qollar: Bellanova, 50. Sapata, 81.

İnter – Salernitana 4:0
Qollar: Türam, 17. L.Martines, 19. Dumfris, 40. Arnautoviç, 90.

17 fevral

18:00. Napoli – Cenoa
21:00. Verona – Yuventus
23:45. Atalanta – Sassuolo

18 fevral

15:30. Latsio – Bolonya
18:00. Empoli – Fiorentina
18:00. Udineze – Kalyari
21:00. Frozinone – Roma
23:45. Montsa – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: