Premyer Liqa: “Brayton” 5, MY 2 qolla qalib gəldi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Brayton” 3 xalı 5 cavabsız qolla qazanıb.

“Luton Taun”un qonağı olan “Mançester Yunayted” də turu çətin qələbəylə başa vurub.

25-ci tura sabah keçiriləcək “Everton” – “Kristal Pelas” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
25-ci tur
17 fevral

Brentford – Liverpul 1:4
Qollar: Touni, 75 – Nunyes, 35. Mak Allister, 55. Salah, 68. Qakpo, 86.

Börnli – Arsenal 0:5
Qollar: Edeqor, 4. Saka, 41; 47. Trossar, 66. Haverts, 78.

Fulhem – Aston Villa 1:2
Qollar: Munis, 63 – Uotkins, 23; 56.

Nyukasl – Bornmut 2:2
Qollar: Qordon, 58-pen. Ritçi, 90+1 – Solanke, 51. Semenyo, 69.

Nottingem Forest – Vest Hem 2:0
Qollar: Avoniyi, 45+5. Hadson-Odoi, 90+4.

Tottenhem – Vulverhempton 1:2
Qollar: Kuluşevski, 46 – J.Qomes, 42; 63.

Mançester Siti – Çelsi 1:1
Qollar: Rodri, 83 – Sterlinq, 42.

18 fevral

Şeffild Yunayted – Brayton 0:5
Qollar: Buonanotte, 20. Uelbek, 24. Robinson, 75-öz qapısına. Adinqra, 78; 85.

Luton Taun – Mançester Yunayted 1:2
Qollar: Morris, 14 – Höylund, 1; 7.

19 fevral

00:00. Everton – Kristal Pelas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: