Rayxart Super Liqanın UEFA ilə paralel mövcudluğundan danışdı

Avropa Super Liqasının rəhbəri Bernd Rayxart futbol dünyasında UEFA ilə paralel mövcudluq haqda fikirlərini paylaşıb.

Arena.az “Derstandard” nəşrinə istinadən, Rayxartın bu barədə fikirlərini təqdim edir:

“UEFA və Super Liqa bir-birinə paralel mövcud ola bilərlərmi? Fikrimizcə, bunun mənası yoxdur. Biz o qədər geniş yekdilliklə təklif irəli sürmək istəyirik ki, modelimizə mümkün qədər çox Avropa iddiaları olan komandalar daxil olsunlar və biz futbol ailəsini iki düşərgəyə bölmək istəmirik”, deyə Rayxart vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Təşkilatların Avropada klub yarışlarında inhisar hüququ yoxdur və Avropa qanunlarına əsasən Super Liqa rəsmi olaraq yaradıla bilər.

Eyni zamanda, 2021-ci ilin mayında Super Liqa UEFA və FIFA-nı rəqabət qanunlarını pozmaqda ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan ediblər. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Real”, “Barselona”, Atletiko” (Madrid), klubları, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Hazırda bu düşərgədə Super Liqa fikrinin müəllifi “Real” və “ələkçinin qılverəni” qismində “Barselona” qalıblar. Digər klublar UEFA-nın düşərgəsinə keçiblər. Buna rəğmən, “Napoli” gerçəkdə təsis ediləcəyi halda Super Liqada iştirakını klubun prezidenti Aurelio De Laurentiisin dilindən rəsmən bəyan edib. Super Liqaya münasib baxışları olan və hələ hadisələri izləməklə susmaq mövqeyi tutmuş klubların çox olduğu bildirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: