“Çelsi”nin ukraynalı vingeri Mixaylo Mudrik qarşıdakı yay transfer pəncərəsində “zadəganlar”ın düşərgəsini tərk edə bilər.
Arena.az “Give me Sport” dərgisinə istinadən məlumat verir ki, Mudrikin qeyri-sabit oyunundan əlavə, meydandan kənarda davranışları ilə bağlı fəsadları var.
Mənbə əldə etdiyi məlumat əsasında bildirir ki, London klubu ukraynalı futbolçusunun səmərəsindən və davranışından məyusdur, bu isə Mudrikin “Stemford Bric”dəki gələcəyini sual altına qoyur.
“Onun davranışı ilə bağlı şayiələr müzakirə mövzusu olub, amma onun oyun günlərindəki qeyri-sabitliyi onun klubda gələcəyinin olub-olmaması ilə bağlı əlavə suallar yaradıb. İnsayderlər onun bu yay ən səs-küylü gedişlərdən birinə çevrilə biləcəyini düşünürlər”, – dərginin Mudrik haqda məqaləsində yazılıb.
Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.
Cari mövsümdə Mudrik “zadəganlar”ın heyətində 25 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.
Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.
Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 16 oyuna 1 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


