Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Kəpəz” “Qəbələ” ilə üz-üzə gəlib. Rəvan Həmzəzadənin idarə etdiyi bu oyun Qəbələdə keçirilib. Məlum səbəblərdən ev oyunlarını burada keçirən Gəncə təmsilçisi bu dəfə “Qəbələ”ni də elə bu komandanın arenasında “qəbul edib”.
Komandaların turnir cədvəlində qonşu olması görüşə marağı artırırdı. Belə ki, “Kəpəz” 20 xalla 9-cu, “Qəbələ” isə 15 xalla sonuncu – 10-cu pillədə qərarlaşmışdı. “Qəbələ” bu oyunda da qalib gələ bilməsə, “zirzəmi”dən çıxması çətin olacaqdı. Üç qolun qeydə alındığı oyun məhz “Qəbələ”nin məğlubiyyəti ilə başa çatıb.
“Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Sabah” oyunları sabah keçiriləcək. “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” görüşləri isə bazar gününə təsadüf edəcək.
Premyer Liqa
24-cü tur
23 fevral
“Kəpəz” – “Qəbələ” 2:1
Qollar: Georgi Papunaşvili, 19. Amil Yunanov, 66-pen – Osama Xalayla, 44.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Qəbələ şəhər stadionu, 17:00.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.


