“Sevilya” Futbol Klubu “Real”ın klub televiziyasından İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət ünvanlayıb.
Arena.az bu barədə La Liqa klubunun rəsmi saytına istinadən məlumat vrerir.
Əndəlüs klubunu La Liqanın 26-cı turu çərçivəsində komandaların baş-başa oyunu öncəsi “Real”ın klub televiziyasının hakimlərə təzyiq göstərdiyi fikrindədir. “Sevilya”nın rəsmi şikayət ərizəsində məhz bu məqam əks edilib.
Oyundan əvvəl, “kral klubu”nun televiziyası komandalar arasında baş tutacaq oyunda baş hakim olacaq İsidro Dias de Mera Eskuderosun hakimliyinin təhlilini əks etdirən video yayımlamışdı. “Real” televiziyası bu təhlilində Eskuderosun əvvəlki oyunlarda “qaymaqlılar”a qarşı səhvlərə yol verdiyi fikrini ifadə edirdi.
Öz növbəsində, “Sevilya” “Real” televiziyasının bu mövqeyini RFEF-in Ümumi Əsasnaməsinə zidd olub-olmadığını öyrənmək niyyətindədir. Bundan əlavə, Əndəlüs klubu öz fikrincə, “Real”ın klub televiziyasının hakimlərin simasına xələl gətirən davranışını pisləyib.
Vurğulayaq ki, “Real”ın klub televiziyası daha öncə “Barselona” tərəfindən də bu xüsusda tənqid edilmişdi.


