Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Vulverhempton”la “Şeffild Yunayted” arasında baş tutub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə yekunlaşıb..
Qeyd edək ki, bu turun “Çelsi” – “Tottenhem” oyunu təxirə salınıb. Buna “zadəganlar”ın bu gün İngiltərə Liqa Kubokunun finalında “Liverpul”la final oyunu səbəb olub.
İngiltərə, Premyer Liqa
26-cı tur
21 fevral
Liverpul – Luton Taun 4:1
Qollar: Van Deyk, 56. Qakpo, 58. L.Dias, 71. Elliott, 90 – Oqbene, 12.
26 fevral
Aston Villa – Nottingem Forest 4:2
Qollar: Uotkins, 4. D.Luis, 29; 39. Beyli, 61 – Niakate, 45+5. Gibbs-Uayt, 48.
Brayton – Everton 1:1
Qollar: Dank, 90+5 – Brentueyt, 73.
Kristal Pelas – Börnli 3:0
Qollar: Riçards, 68. Ayyu, 71. Mateta, 79-pen.
Mançester Yunayted – Fulhem 1:2
Qollar: Maquayr, 89 – Bassi, 65. İvobi, 90+7.
Bornmut – Mançester Siti 0:1
Qol: Foden, 24.
Arsenal – Nyukasl 4:1
Qollar: Botman, 18-öz qapısına. Haverts, 24. Saka, 65. Kivior, 69 – Uillok, 84.
25 fevral
Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: Sarabiya, 30.
26 fevral
00:00. Vest Hem – Brentford


