“Səbail”in mərkəz müdafiəçisi Adil Nağıyev futbol üzrə Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.
Adil “Sabah”la ev görüşündə (2:0) sonradan – 46-cı dəqiqədə meydana çıxıb.
Premyer Liqada debütü 2015/2016 mövsümünə təsadüf edən Nağıyev “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də 3, “Səbail”də 2 dəfə fərqlənib.
Qeyd edək ki, Adil Nağıyev ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.


