“Latsio”nun baş məşqçisi Maurisio Sarri A Seriyasının 26-cı turunda “Fiorentina”ya səfər məğlubiyyətini (1:2) şərh edib.
Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, italyan mütəxəssis heyətlə bağlı narazılığını da “Latsio” rəhbərliyinin ünvanına bildirib:
“Bu gün pis çıxış idi. Komandanın açıq-aşkar psixoloji düşkünlüklə oyundan ayrıldığını gördüm. Biz haqsız olaraq hesabda üstünlüyü ələ keçirdik. “Latsio” transferlərini edən mən idim? Düşünürəm ki, klub iyulda bunu kimin etdiyini başa düşməyə əsas verdi. Əgər mən sizdən A oyunçusunu istəsəm, siz isə məni C və D arasında seçim etməyə məcbur edirsiniz… buna transferləri mənim etdiyim deyilmir”, deyə Maurisio Sarri rəhbərliyin transfer siyasətinə dair narazılığını dilə gətirib.
İtaliya A Seriyasının 26 turundan sonra “Latsio” 40 xalla 8-ci pillədə qərarlaşıb. “Fiorentina” isə 41 xalla 7-ci pillədədir. A Seriyasına 25 oyundan 66 xal toplamış “İnter” başçılıq edir.


