Azərbaycan Kuboku: “NTD-İndiqo” və “Sərhədçi”dən ilk qələbə

Bu gün – fevralın 28-də “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kuboku çərçivəsində daha iki oyun keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşü “NTD-İndiqo” və “Şəki” komandaları arasında baş tutub.

Oyun Xaçmaz klubunun 103:63 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Murad Babayev olub – 21 xal, 2 ribaund. “Şəki”də isə Pol Dibal fərqlənib – 13 xal, 4 ribaund.

Günün ikinci oyunu “Sərhədçi” və “Gəncə” komandaları arasında baş tutub. Bu görüşdə “Sərhədçi”nin 99:63 hesablı qələbəsi qeydə alınıb. “Sərhədçi”nin ən məhsuldar basketbolçusu Cəbrayıl Əkbərov olub – 22 xal,12 ribaund. “Gəncə”nin heyətində də Donovan Filds daha məhsuldar olub – 13 xal, 1 asist.

Xatırladaq ki, Azərbaycan Kubokunun ilk oyun günündə “Xəzri” “Sumqayıt”a 105:81, “Xırdalan” “Cəlilabad”a 108:84 hesabıyla qalib gəlmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: