“Böyük Dəbilqə”: Azərbaycanı Daşkənddə 12 cüdoçu təmsil edəcək

Martın 1-dən 3-nə qədər Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə Azərbaycan milli komandası 5 qadın, 7 kişi cüdoçu ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımovanın rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Yeri gəlmişkən, bu yarış öncəsi Azərbaycanın qadın cüdoçuları İspaniyanın Valensiya şəhərində təşkil olunmuş beynəlxalq təlim-məşq toplanışına qatılıblar. Fevralın 18-dən etibarən qadınlardan ibarət millimizin 7 üzvü İspaniyada hazırlıq keçib. Hazırlıq prosesi Daşkənd şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirinə və 25-28 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Sonda Azərbaycan yığmasının Daşkənddəki yarış üçün heyətini təqdim edirik:

Qadınlar

-48 kq
Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

-57 kq
Fidan Əlizadə

-63 kq
Aytac Qardaşxanlı

Kişilər

-60 kq
Nazir Talıbov
Rövşən Əliyev

-66 kq
İslam Rəhimov
Rəşid Yelkiyev

-73 kq
İbrahim Əliyev
Nəriman Mirzəyev

-81 kq
Ömər Rəcəbli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: