Basketbol: “Sabah”dan Azərbaycan Kubokunda ikinci qələbə

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, martın 6-da B qrupu çərçivəsində iki oyun baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən günün ilk oyununda “Şəki” və “Sərhədçi” komandaları üz-üzə gəliblər.

Bu matç “Sərhədçi”nin 92:81 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Şəki”dən Hüseyn Əsgərli (20 xal, 5 ribaund), “Sərhədçi”dən Cəbrayıl Əkbərov (20 xal, 16 ribaund) olublar.

Günün ikinci oyununda kubokun əsas favoriti “Sabah” “Gəncə” ilə qarşılaşıb. Oyunu 89:77 hesabı ilə qalib tamamlayan “Sabah” B qrupunda “NTD-İndiqo” ilə xallarının sayını (4) bərabərləşdirib.

Qalib komandanın ən məhsuldar basketbolçusu “Sabah”dan Endər Poladxanlı olub – 25 xal, 8 ribaund. “Gəncə”də isə Derek Rouds fərqlənib – 21 xal, 2 asist.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: