İspaniya Kral Futbol Federasiyası (RFEF) “Real”ın klub televiziyasında hakimlər haqda yayımlanan videolara bağlı intizam işi açıb.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Xatırladaq ki, La Liqanın 26-cı turunun “Sevilya” ilə oyunundan əvvəl “Real”ın klub televiziyası oyunun hakimi İsidro Dias de Meru Eskuderosu tənqid etmiş, “qaymaqlılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan sonra isə Madrid klubu tərəfindən tənqid edilmişdi.
“Sevilya” klubu bu barədə öz şikayətini İspaniya Kral Futbol Federasiyasına təqdim edəcəyini açıqlamışdı. Daha sonra “Sevilya”nın qərarını İspaniya La Liqasının rəhbəri Xavyer Tebas da dəstəkləyib.
RFEF-in “Real”ın klub televiziyasında hakimlərlə bağlı videolara görə Madrid təmsilçisini cəzalandırmaq üçün əsası olmadığını bildirməsindən sonra, “Sevilya” bəyanatını yenidən tərtib edərək, konkret məqamlara dair təkrar şikayət göndərib.
Hazırda məsələ araşdırılma mərhələsindədir.


