Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.
Arena.az xəbər verir ki, sözügedən komandanın son məşqçi Gəncədə baş tutub.
Gəncə şəhər stadionunun süni örtüklü ehtiyat meydanındakı məşq təxminən 1 saat davam edib. Hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Məhəmməd Kadiri iştirak etməyiblər.
Xatırladaq ki, sabah Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Araz-Naxçıvan” matçına saat 15:30-da start veriləcək.


