“Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq.
“Dənizçilər” bu görüşə itkilərlə çıxacaq.
Bunu Arena.az-a açıqlamasında sözügedən klubun sözçüsü Rəşad Məmmədov deyib:
“Cəzalı oyunçu yoxdur. Zədəli isə uzun müddət komandaya kömək etməyəcəyi öncədən bilinən Ağabala Ramazanov və David Qomisdir”.
Xatırladaq ki, cümə günü reallaşacaq “Neftçi” – “Səbail” qarşılaşmasına saat 19:00-da start veriləcək.
Nahid Ustaclı


