Azərbaycan UEFA reytinqində mövsümü 5.875 xalla başa vurdu

Azərbaycan UEFA-nın əmsallar cədvəlində hələ yekunlaşmamış və yayda bitəcək 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub.

Arena.az xəbər verir ki, avrokuboklardakı son iştirakçımız “Qarabağ”ın mübarizəni dayandırması ilə reytinq cədvəlində irəliləməyəcəyimiz dəqiqləşib.

Həmçinin sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.

Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsalımız 5,875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20,125-ə bərabərdir.

Xatırladaq ki, Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib. Qalan 4,750 xalı isə məhz “Qarabağ” təkbaşına əldə edib.

Bu göstəricilərə əsasən, Azərbaycanın 2024/2025 mövsümünə UEFA reytinqinin 24-cü pilləsindən başlaması ehtimal olunur. Ölkəmizin hesabında startda 16,750 reytinq xalı olacaq.

UEFA reytinqinə 103,178 əmsalla yenə İngiltərə başçılıq edir. İspaniya (87,864) ikincidirsə, İtaliya (86,998) üçüncü pillədə qərarlaşıb.

UEFA reytinqinin ilk 20 pilləsində qərarlaşmış ölkələrin siyahısı belədir:

  1. İngiltərə – 103,178
  2. İspaniya – 87,864
  3. İtaliya – 86,998
  4. Almaniya – 83,624
  5. Fransa – 65,331
  6. Niderland – 61,300
  7. Portuqaliya- 55,982
  8. Belçika – 47,600
  9. Türkiyə – 38,100
  10. Şotlandiya – 36,050
  11. Çexiya – 345,800
  12. İsveçrə – 32,975
  13. Avstriya – 32,600
  14. Norveç – 31,625
  15. Danimarka – 31,450
  16. İsrail – 31,125
  17. Yunanıstan 29,525
  18. Ukrayna – 28,000
  19. Serbiya – 27,775
  20. Xorvatiya – 25,525
  21. Polşa – 25,375
  22. Kipr – 22,100
  23. Macarıstan – 21,875
  24. İsveç – 21,500
  25. Rumıniya – 21,375
  26. Bolqarıstan – 20,375
  27. Azərbaycan – 20,125
  28. Slovakiya – 19,625
  29. Rusiya – 18,632
  30. Sloveniya – 13,250
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: