Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Neftçi” “Səbail”i qəbul edib. Bu görüşü İnqilab Məmmədov idarə edib. Komandaların eyni xala (37) malik olması və qonşu pillələrdə qərarlaşması oyuna olan marağı daha da artırırdı. Qalib gələcək komanda ən azı bir günlük də olsa, 2-ci pilləyə yüksələkdi.
“Neftçi” ilə “Səbail” bu günə qədər 25 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda “ağ-qaralar” 18, “dənizçilər” 2 qələbə qazanmışdılar, 5 oyun heç-heçə bitmişdi. “Neftçi” son 15 oyunda qol vurmuşdu. “Səbail” 18 mat idi qələbə qazanmırdı.
Elə bu oyunda da ənənə pozulmayıb. “Neftçi” rəqibinə 3 cavabsız qolla qalib gəlib. Beləcə, “Səbail”in bu rəqiblə oyunlardakı qələbə həsrəti 19 oyuna çatıb.
Premyer Liqa
27-ci tur
15 mart
“Neftçi” – “Səbail” 3:0
Qollar: Nir Bardea, 23-öz qapısına. Azər Salahlı, 27. Yeqor Boqomolski, 85.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Bakı, “Neftçi Arena”.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.


