Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Tailandın Phuket şəhərində təşkil olunmuş dünya kubokunda mübarizə aparıb.
Arena.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən idmançımız bu yarışda beşinci yeri tutub.
Nazilə İsmayılova toplam 127 kq-ın (55+72) öhdəsindən gələ bilib.
Xatırladaq ki, dünya kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Qarşıdakı günlərdə kişilərdə İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) də qüvvəsini sınayacaq.


