Ötən gecə futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu “Yuventus”la “Latsio” arasında baş tutub.
Matç Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 50-ci dəqiqədə “Yuventus”un hücumçusu Federiko Kyeza müdafiəçi Andrea Kambyazonun ötürməsindən sonra topu rəqib qapısından keçirib. 64-cü dəqiqədə isə Duşan Vlahoviç hesabı 2:0-a çatdırıb.
Bu komandalar arasındakı cavab oyunu aprelin 23-də keçiriləcək.
Xatırladaq ki, bu komandalar sonuncu dəfə martın 30-da İtaliya A Seriyasının 30-cu turu çərçivəsində qarşılaşmışdılar. Həmin oyun romalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
İtaliya Kubokunda yarımfinalın digər görüşü bu gecə “Fiorentina” ilə “Atalanta” arasında baş tutacaq.
İtaliya Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
Yuventus – Latsio 2:0
Qollar: Kyeza, 50. Vlahoviç, 64.
3 aprel
23:00. Fiorentina – Atalanta


