Rüstəmov dünya kubokunda qüvvəsini sınadı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız D qrupunda qüvvəsini sınayıb.

İsa Rüstəmov toplam 320 kq (145+175) nəticə göstərib. Onun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Xatırladaq ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. Millimizin bu yarışa yollanmış heyətində Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: