Ömər Cavadov dünya kubokunda mübarizə apardı

Azərbaycanın daha bir ağırlıqqaldıranı – Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən dünya kubokunda mübarizə aparıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız C qrupunda qüvvəsini sınayıb.

Ömər Cavadov toplam 328 kq (153+175) nəticə göstərib. Onun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Xatırladaq ki, dünya kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: