A Seriyası: “Sassuolo” Salernoda qələbəni əldən verdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Salernitana” doğma meydanda “Sassuolo” ilə üz-üzə gəlib. Oyuna daha fəal başlayan qonaqlar ilk yarını 2:0 öndə bitiriblər. Amma meydan sahibləri yekunda məğlubiyyətdən xilas ola biliblər.

31-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
31-ci tur
5 aprel

Salernitana – Sassuolo 2:2
Qollar: Kandreva, 52-pen. Maccore, 90+1 – Loryente, 37. Bayrami, 44.

6 aprel

17:00. Milan – Leççe
20:00. Roma – Latsio
22:45. Empoli – Torino

7 aprel

14:30. Frozinone – Bolonya
17:00. Montsa – Napoli
20:00. Kalyari – Atalanta
20:00. Verona – Cenoa
22:45. Yuventus – Fiorentina

8 aprel

22:45. Udineze – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: