A Seriyası: “Milan” darmadağına sevindi, “Roma” derbidə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Milan” doğma meydanda qarşılaşdığı “Leççe”ni 3 cavabsız qolla məğlub edib.

Beş qolun qeydə alındığı “Empoli” – “Torino” matçında da meydan sahibləri qələbə qazanıblar.

“Roma” isə paytaxt derbisində “Latsio”nu qəbul edib. Derbinin taleyini bir qol həll edib. Görüş “Roma”nın qələbəsiylə yekunlaşıb.

31-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
31-ci tur
5 aprel

Salernitana – Sassuolo 2:2
Qollar: Kandreva, 52-pen. Maccore, 90+1 – Loryente, 37. Bayrami, 44.

6 aprel

Milan – Leççe 3:0
Qollar: Pulişiç, 6; Jiru, 20. Leao, 57.

Roma – Latsio 1:0
Qol: Mançini, 42.

Empoli – Torino 3:2
Qollar: Kambyaci, 6. Kanselyeri, 74. Nyanq, 90+4 – Sapata, 60; 90+1.

7 aprel

14:30. Frozinone – Bolonya
17:00. Montsa – Napoli
20:00. Kalyari – Atalanta
20:00. Verona – Cenoa
22:45. Yuventus – Fiorentina

8 aprel

22:45. Udineze – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: