“Nyukasl”ın futbolçusu, isveçli mərkəz hücumçusu Aleksander İsakın evi soyğunçular tərəfindən yarılaraq soyulub.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
İlkin təxminlərə görə, soyğunçular evə “Nyukasl”ın İngiltərə çempionatının 32-ci turu çərçivəsində “Fulhem”lə səfər oyununun (0:1) başlamasına təxminən 48 saat qalmış soxulublar.
Polis cinayətkarların İsakın evin ərazisində yerləşən avtomobilini oğurladığını təsdiqləyib. Oğurluq zamanı İsakın özünün və yaxud ailəsinin binada olub-olmadığı məlum deyil. Həmçinin soyğunçuların daha nələr aparması da araşdırılır.
Xatırladaq ki, daha əvvəl İngiltərədə Aleksandr İsakın komanda yoldaşı, braziliyalı hücumçu Coelintonun, eləcə də “Mançester Siti”nin ingilis vingeri Cek Qrilişin evi qarət edilmişdi.


