Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 29-cu turu çərçivəsində baş tutan “Girəsunspor”la oyunun iştirakçısı olub.
Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu alınıb. İlk hissədə hesabı açan “Tuzlaspor” son dəqiqələrdə daha 2 qol vurmaqla darmadağına sevinib – 3:0.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə alıb, 90+4-cü dəqiqədə vurulmuş son qolda isə məhsuldar ötürmə müəllifinə çevrilib.
“Tuzlaspor” hazırda 31 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 17 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.


