“Bayern”in vingeri Leroy Sane klubdakı gələcəyi barədə mütəmadi düşünmədiyini bildirib, klub rəhbərliyi ilə danışıqların gedişindən danışıb.
Arena.az Sanenin bu barədə fikirlərini təqdim edir:
“Mənim gələcəyim? Bu, bir neçə amildən asılıdır. Amma indi bu haqda çox düşünmürəm. Qarşıda vacib oyunlarımız var və mən buna diqqət yetirməyə çalışıram. İstəyirəm ki, yaxşı oyunlar keçirək və düzgün istiqamətdə irəliləməyə başlayaq. Klub rəhbərliyi ilə danışıqlar aparırıq. Ola bilsin ki, qarşıdakı həftələrdə danışıqlarımız daha da fəallaşsın”, deyə Sane vurğulayıb.
Xatırladaq ki, Leroy Sane “Bayern”ə 2020-ci ilin iyulunda İngiltərənin “Mançester Siti” klubundan 49 milyon avroya gəlib. 28 yaşlı vinger Münhen klubunun heyətində meydana çıxdığı 171 matçda 47 qol vurub, 50 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Mançester Siti”dən başqa “Şalke”nin də uğurları üçün çalışıb.
Yarımmüdafiəçi 2015-ci ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 59 oyun keçirib. O, bu oyunlarda 13 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


