Futbol üzrə Türkiyə Birinci Liqasında mübarizə aparan “Tuzlaspor” komandasının baş məşqçisi Bəkir İrtegün istefa verib.
Arena.az xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü açıqlama verib.
O, komandanın uğursuz çıxışı ilə əlaqədar postundan ayrılmağa qərar verib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Xatırladaq ki, “Tuzlaspor”da Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə çıxış edir. Futbolçumuzun komandası bu mövsüm Türkiyə Birinci Liqası çərçivəsində keçirdiyi 29 oyunda 31 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Bəxtiyar Həsənalızadə Türkiyə klubu ilə 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu bu komandanın heyətində 17 oyuna, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.



