Səudiyyə Ərəbistanı Super Kuboku çərçivəsində “Məhəmməd Bin Zayed” stadionunda “Əl-İttihad” və “Əl-Hilal” komandaları üz-üzə gəliblər.
Arena.az məlumat verir ki, oyun “Əl-Hilal”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində Səudiyyə Ərəbistanı nəhəngi özünə aid olan dünya rekordunu bir daha yeniləyib.
Söhbət hazırda bütün yarışlar çərçivəsində 34 oyuna çatmış ardıcıl qələbə silsiləsindən gedir.
Növbəti oyunda bu klub müvafiq nəticəsini daha da yaxşılaşdıra və rekordunu bir daha yeniləyə bilər.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasına gəlincə, 27 turdan sonra “Əl-Hilal” 77 xalla yarış cədvəlinə başçılıq edir və çempionluğa doğru inamla addımlayır. Komanda milli birinciliyin cari mövsümündə məğlubiyyət tanımır və yarış cədvəlində ən yaxın izləyicisi, “Əl-Nəsr”i (65 xal) 12 xal qabaqlayır.


