Premyer Liqa: “Qarabağ” Sumqayıtdan xalsız qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününə “Sumqayıt” – “Qarabağ” matçı ilə yekun vurulub.

Tərəflər bu günə qədər 46 oyun keçirmişdilər. Sumqayıtlıların cəmi 6 qələbəyə sevindiyi bu görüşlərdə 5 heç-heçə qeydə alınmışdı. Qalan 35 matç isə “Qarabağ”ın qələbəsiylə yekunlaşmışdı. “Qarabağ” son 12 oyunda bu rəqibinə qol vurmuşdusa, “Sumqayıt” son 3 matçda uduzmuşdu.

Artıq çempionluğu təmin etmiş “Qarabağ” üçün bu qarşılaşma tam formal xarakter daşıyırdı. 47 xalla 4-cü olan “Sumqayıt” isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı üçün bu görüşdən xal və xallarla ayrılmağı hədəfləmişdi.

Qarşılaşma məhz meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Son iki matçından birində uduzub, digərində heç-heçə etmiş Ağdam təmsilçisi Sumqayıtdan da xalsız qayıdıb. “Sumqayıt” isə xalını 50-yə çatdırmaqla elə bu gün ikinci pilləyə yüksəlmiş “Neftçi”ni qabaqlamağa nail olub.

Premyer Liqa
32-ci tur

28 aprel

“Sumqayıt” – “Qarabağ” 1:0
Qol: Roi Kehat, 70.
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.

Qarabağ: 99. Andrey Lunyov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: