Bu gün Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümü çərçivəsində üçüncü yer uğrunda növbəti oyun keçirilib.
Arena.az xəbər verir ki, bürünc medallar uğrunda mübarizə aparan “Xırdalan” və “NTD-İndiqo” komandaları yenə “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşma “NTD-İndiqo”nun qələbəsi ilə yekunlaşıb – 92:83.
Xatırladaq ki, bu komandalar arasında ilk görüşdə də Xaçmaz təmsilçisi 95:79 hesablı qələbə qazanmışdı. Beləliklə, “NTD-İndiqo” seriyanı 2:0 qalib tamamlayaraq, Azərbaycan Basketbol Liqasında bürünc mükafatın sahibi olub.
Çempionatın qalibi adı uğrunda isə “Sabah” və “Xəzri” komandaları mübarizə aparırlar. Final seriyasında ilk oyun “Xəzri”nin qələbəsiylə yekunlaşıb. 3 qələbəni ən tez rəsmiləşdirən komanda Azərbaycan çempion olacaq.
Qeyd edək ki, ötən mövsüm “Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olmuşdu.


