Rostislav Pevtsov Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan triatlonçusu Rostislav Pevtsov bu il Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni açıqlanmış yekun Olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb. Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Rostislav Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək. O, daha öncə iştirakçısı olduğu 2016-cı və 2020-ci illərdəki Olimpiadalarda medal istəyinə çata bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: