Azərbaycan Basketbol Liqasının qalibi “Neftçi” oldu, ilk yaşandı

Qadınlar arasında Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün həlledici oyunları keçirilib və qalibin adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında “Neftçi” və “Azstars” kollektivləri qarşılaşıblar.

93:29 hesablı qələbə qazanan “Neftçi” yarışın qalibi olub.

Üçüncü yer uğrunda görüşdə isə “Xırdalan” klubu “Qaradağ”ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu “Neftçi”nin üzvü Angelina İsmayılova seçilib.

Bununla da “Neftçi” ilk dəfə pley-off sistemi ilə keçirilən qadınlar arasında Azərbaycan çempionatının qalibi kimi tarixə düşüb. Sonda qaliblər Azərbaycan Basketbol Federasiyasının rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: