Ruslan Lunyov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan millisinin üzvü Ruslan Lunyov Xorvatiyada keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində təşkil olunmuş yarış azərbaycanlı atıcı üçün uğurlu alınıb.

Belə ki, Ruslan Lunyov 25 metr məsafəyə standart tapançadan atəş üzrə yarışda üçüncü yeri tutub. O, buna ümumilikdə 570 xal toplamaqla nail olub.

Azərbaycan yığmasının digər üzvü Vladislav Kalmıkov isə gənclər arasında 50 metr məsafədən atəş üzrə yarışı 5-ci yerdə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: