Rebrov: “Ukrayna millisi AÇ-də nə etmək gərək olduğunu bilir”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov bildirib ki, komandası Avropa çempionatında nələr edilməli olduğunu bilir.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz nə edəcəyimizi bilirik və çox diqqətlə hazırlaşırıq. Təəssüf ki, belə yarışda məşqçilik təcrübəm hələ yoxdur, mən dünya çempionatında sadəcə oyunçu olmuşam, amma futbolçuların əhval-ruhiyyəsini görürəm: onlar Ukrayna naminə malik olduqları hər şeyi göstəmək istəyirlər”, deyə Rebrov vurğulayıb.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Ukrayna millisi qitə birinciliyində Belçika, Slovakiya və Rumıniya yığmalarının yer aldığı “E” qrupunda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: