Polşa rus hakerləri AÇ-2024-ün yayımlarını pozmaqda ittiham etdi

Polşanın rəqəmsallaşdırma nazirinin müavini Pavel Olşevski rus hakerləri AÇ-2024-ün yayımını pozmağa cəhd etməkdə ittiham edib.

Arena.az bu barədə “RMF FM” radiosuna istinadən məlumat verir.

Nazir müavininin sözlərinə görə, haker hücumu Polşa – Niderland oyunu zamanı baş verib. Məqsəd Polşa televiziyasının internet xidmətlərini bağlamaq olub:

“Bu DDOS hücumu idi ki, xidmətin dayandırılması, yəni Polşa vətəndaşlarının internet vasitəsilə oyuna baxmasını qeyri-mümkün etməyə yönəlmişdi… Bütün izlər Rusiyaya aparır. Bu hücum çox tez dəf edildi”, deyə Olşevski bildirib.

Vurğulayaq ki, sözlərinə rəğmən, Olşevski rus hakerlərinin Polşa televiziyasına müdaxiləsi ilə bağlı heç bir konkret sübut təqdim etməyib. Rəqəmsallaşdırma nazirinin müavini Rusiyanı yalnız sözdə ittiham edib.

Xatırladaq ki, AÇ-2024-ün qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş Polşa – Niderland oyununda sonuncular 2:1 hesablı qələbəyə sevinmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: