AÇ-2024: Almaniya hökumətindən terror aktı xəbərdarlığı

Almaniya hökuməti Avropa çempionatı (AÇ-2024) zamanı ölkədə terror aktının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Arena.az bu barədə “Financial Times” dərgisinə istinadən məlumat verir.

“Avropa və onunla birlikdə Almaniya cihadçı təşkilatların, xüsusən də İŞİD və İŞİD-K-nın hədəfindədir”, – Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.

“Mümkün bir ssenari, bu yaxınlarda Moskvada gördüyümüz kimi, genişmiqyaslı koordinasiya edilmiş hücumdur”, – Almaniya Konstitusiyanın müdafiəsi üzrə Federal İdarənin rəhbəri Tomas Haldenvanq açıqlayb.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində Müslüm Maqomayev adına “Crocus City” biznes mərkəzi ərazisində yerləşən “Crocus City Hall” çoxsəviyyəli konsert zalında terror aktı törədilmişdi.

Hazırda Almaniyada təşkil edilmiş Avropa çempionatı (AÇ-2024) davam edir. İyunun 14-də başlamış yarış düz bir ay davam edəcək və iyulun 14-də başa çatacaq. Avropa çempionatına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: