Luis de la Fuente: “İtaliya millisi ilə oyun layiqli döyüş olacaq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İtaliya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onlar bütün beynəlxalq yarışlarda iştirak edirlər. İspaniya – İtaliya klassik oyundur və asanlıqla final ola bilər. Onların əla oyunçuları, böyük məşqçisi və əsl futbol mədəniyyəti var. Ən böyük milli komandalardan biridirlər. Əminəm ki, bu, möhtəşəm tamaşa və gözəl oyun olacaq. Bu, yarışa layiq döyüş olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

İstənilən şəraitdə biz daha güclü olmağa çalışırıq. Fərqli şərtlərə uyğunlaşa bilən müxtəlif oyunçularımız var. Bir fəlsəfəmiz var: futbolumuza, ötürmə oyunumuza nəzarət etməliyik.

Amma futbol dəyişir. Hücumlar daha sürətli olurlar və biz mümkün qədər tez hücum etməyə çalışırıq. Biz qalib gəlməyimizə imkan verəcək üslub yaratmaq istəyirik”, deyə Luis de la Fuente açıqlayıb.

Xatırladaq ki, İspaniya – İtaliya oyunu bu gün, iyunun 20-də Gelzenkirxenin “Feltins Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

2-ci tur ərəfəsində komandalar “B” qrupunda belə sıralanıblar:

  1. İspaniya – 3 xal (1 oyun)
  2. İtaliya – 3 xal (1 oyun)
  3. Albaniya – 1 xal (2 oyun)
  4. Xorvatiya – 1 xal (2 oyun)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: