İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İtaliya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Xorvatiya nəinki əla komanda,, həm də çox təcrübəlidir. Oyunun nəbzini nə vaxt sürətləndirməli və nə vaxt sakitləşib topa sahib olmağımızı anlamaq üçün ayıq-sayıq olmalıyıq. Birinci və ikinci oyunlar arasında bəzi dəyişikliklər etməməklə səhvə yol verdim. Ona görə də bu dəfə düşünürəm ki, bəzi dəyişikliklər etməliyəm.
Münasibətimizi dəyişməliyik, daha çox tezliyə və möhkəmliyə ehtiyacımız var. Çalışacağıq ki, daha möhkəm olaq və onlara bizə zərər vermək imkanı verməyək. Amma bu, asan olmayacaq, çünki onların bunu etmək üçün bir çox yolu var”, deyə Spalletti vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “B” qrupunun Xorvatiya – İtaliya oyunu bu gün, iyunun 24-də Leypsiqin “Red Bull Arena” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
3-cü tur ərəfəsində “B” qrupunun mənzərəsi belədir:
- İspaniya – 6 xal
- İtaliya – 3 xal
- Albaniya – 1 xal
- Xorvatiya – 1 xal
Vurğulayaq ki, İspaniya yığması yarışın 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.


