İngiltərə Premyer Liqasında mübarizə aparan “Aston Villa” “Luton Taun”un yarımmüdafiəçisi Ross Barkli ilə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Luton Taun”unun elitanı tərk etməsi Barklini özünə yeni klub tapmaq məcburiyyəti qarşısında qoyub. O da “Aston Villa”nın təklifini qəbul edib. 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Ross Barkli vaxtilə icarə əsasında “Aston Villa”da forma geyinib. Həmin vaxt “Çelsi”dən gəlmiş futbolçu bu komandada 24 oyuna 3 qol vurub, 1 assistlə yadda qalıb. Barkli geridə qalmış mövsümdə “Luton Taun”un heyətində 37 oyun keçirib, 5 qol vurub, məhsuldar ötürmə edib. O, “Everton”, “Nitsa”, “Şeffild Uensdey”, “Lids” kimi klubların da formasını geyinib, İngiltərə yığmasında 33 oyuna 6 qol vurub.
Qeyd edək ki, “Aston Villa” 1982/1983-cü illər mövsümündən bəri ilk dəfə Çempionlar Liqasında iştirak etmək üçün heyətini gücləndirmək istəyir. Birmingem təmsilçisi artıq bir neçə yeni oyunçunu heyətinə qatıb, eləcə də komandanı tərk edənlər olub.


