AÇ-2024: Superkompüter finalın qalibini müəyyənləşdirdi

“Opta Sports” dərgisinin superkompüteri AÇ-2024-ün final oyununda İspaniya və İngiltərə yığmalarının qalibiyyət imkanını açıqlayıb.

Arena.az məlumat verir ki, superkompüter İspaniya yığmasının qalibiyyət imkanlarını daha yüksək qiymətləndirir.

“Dəmir parçası” öz təhlillərinə əsasən, “qırmızı qəzəb”in qələbə imkanlarını 57,3%, “üç şir”in zəfərini isə 42,7% olaraq görür.

Xatırladaq ki, Almaniyada keçirilən Avropa çempionatının (AÇ-2024) İspaniya – İngiltərə final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: