Basketbol: U-16 millimiz finalda!

16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının C Divizionunda yarımfinal görüşünə çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz Albaniya yığması ilə qarşılaşıb.

Cəbəllüttariqdə baş tutan oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən millimiz, yekunda 92:62 hesablı rahat qələbəyə sevinib. Nəticədə millimiz Avropa çempionatının C Divizionunun finalına yüksəlib. Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib.

Qeyd edək ki, 14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta – Kipr oyununun qalibi olacaq.

Xatırladaq ki, basketbol yığmamız qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: