Basketbol: U-16 millimiz AÇ-də finala çıxa bilmədi

16 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının C Divizionunda yarımfinal görüşünə çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz finala vəsiqə uğrunda Kosovo yığması ilə qarşılaşıb.

Albaniyanın Tirana şəhərində təşkil olunmuş bu oyunda yığmamız 41:76 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, basketbol yığmamız qrup mərhələsində Albaniyaya da 56:60 hesabı ilə uduzmuşdu. Lakin sonrakı iki görüşdə Moldova (78:55) və Maltanı (56:50) üstələyən yığmamız yarımfinala vəsiqə əldə etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: