16 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının C Divizionunda final matçına çıxıb.
Arena.az xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.
Cəbəllüttariqdə baş tutan qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən basketbolçularımız yekunda 69:52 hesablı qələbəyə seviniblər. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.
Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Angelina İsmayılova seçilib.
Xatırladaq ki, basketbol millimiz qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyərək maksimum nəticə ilə yarımfinala yüksəlmişdi. Gənc basketbolçularımız yarımfinalda da Albaniya yığmasını məğlubiyyətə uğratmışdılar – 92:62.


