“Real” futbol tarixində daha bir ilkə imza atdı

Dünya klub futbolunun nəhəngi “Real” idman, ələxüsus futbol uğurları ilə yanaşı, dünyada daha bir ilkə imza atmaqla, rekord müəyyənləşdirib.

Arena.az Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumat verir ki, “Real” tarixdə mövsüm üzrə gəliri 1 milyard avro məbləği keçmiş ilk futbol klubu olub.

Mənbənin məlumatına görə, 2023/2024-cü illər mövsümündə “kral klubu” 1,073 milyard avro məbləğində qazanc əldə edib.

Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümündə italyan mütəxəssis Karlo Ançelottinin çalışdırdığı “Real” İspaniya La Liqasının, İspaniya Super Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: