UEFA AÇ-2024-ün yekunları üzrə 7 yığmaya cərimə kəsdi

UEFA-nın İntizam Komitəsi Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının yekunları üzrə 7 yığma komandanı cərimələyib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Xorvatiya, Serbiya, Albaniya, Sloveniya, Rumıniya, Avstriya və Macarıstan yığma komandaları “azarkeşlərin irqçi və ayrıseçkilik davranışı”na görə cəzalandırılıblar. Müvafiq intizam pozuntusuna görə 50 min avro məbləğində ən böyük cərimə Xorvatiya yığmasına kəsilib.

Xatırladaq ki, AÇ-2024 İspaniya yığmasının qalibiyyəti ilə başa çatıb. “Qırmızı” qəzəb yarışda bütün rəqiblərini məğlub edərək, çempion olub. Finalda İspaniya yığması İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, tarixində 4-cü dəfə Avropa çempionu olmaqla, mütləq rekord müəyyənləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: