Azərbaycan atıcısı Ruslan Lunyov Fransada təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, idmançımız 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.
Lunyov pnevmatik tapança ilə atəşaçma yarışında ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb. İdmançımız bu nəticədən sonra 8-ci pillədə qərarlaşıb.
Azərbaycan təmsilçisi ikinci mərhələdə 291 xal toplayıb. İki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Xatırladaq ki, Ruslan Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündən asılı olacaq.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


