Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elçin Məsiyev “Partizan” (Serbiya) – “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Bu komandalar arasındakı ilk qarşılaşmada iş başında olacaq Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 29-da Belçikada keçiriləcək.


